SOCAR-ın əməkdaşları 7 500 ağac və gül kolu əkib - VİDEO

SOCAR-ın əməkdaşları 7 500 ağac və gül kolu əkib - VİDEO Azərbaycan Dövlət Neft Şirkəti ənənəvi iməciliyə start verib
Ekologiya
8 Aprel , 2017 12:19
SOCAR-ın əməkdaşları 7 500 ağac və gül kolu əkib - VİDEO

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı"na uyğun olaraq idarə və müəssisələrində ənənəvi yaz iməcliklərinə başlanılıb. "Report" xəbər verir ki, şirkət rəhbərliyi, baş ofisin əməkdaşları, "Azneft" İB-nin "Bibiheybətneft" "NQÇİ-də keçirilmiş iməclikdə iştirak ediblər.

Məruzə olunub ki, "Azneft" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, "Azəriqaz" İB-nin qaz istismar sahələri, "Azərikimya" İB-nin zavodları, Qaz İxrac İdarəsi, "Neftqaztikinti" Tresti, Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölmələri, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı Zavodu, Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Nəqliyyat və Sosial İnkişaf idarələri, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu və şirkətin digər istehsalat kollektivləri bu ilin ağacəkmə kampaniyasına öz müəssisələrinin ərazilərində keçirilmiş iməcliklərdə start veriblər.

SOCAR-ın təxminən 14 000 əməkdaşının iştirak etdiyi 8 aprel iməcliyində 7 500 ağac və gül kolu əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, sahələr alaq otlarından təmizlənib. Əkilən ağacların arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, adi zeytun, Eldar şamı, eləcə də qızılgül və digər növ dekorativ gül kollarına üstünlük verilib.

Ümumilikdə, 2017-ci ilin aprel ayı ərzində SOCAR-ın idarə və müəssisələrinin ərazilərində keçiriləcək iməcliklərdə 14 515 ağac və gül kolunun əkilməsi planlaşdırılır.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti hər il aprelin birinci həftəsində iməclik keçirir: "İməclik günü bütün neft-qaz idarə müdirləri, onların rəhbərləri, işçiləri, Əməliyyat şirkətinin işçiləri, baş ofisin nümayəndələri, bir sözlə, hər kəs sahəyə çıxıb ağacəkmə aksiyasında iştirak edirlər. Bu gün "Bibiheybətneft" NQÇİ-də 2 000-ə yaxın ağac əkmişik. Deyə bilərəm ki, yalnız 2015-ci ildə 70 000-dən çox ağac əkmişik. Neft və qazçıxarma idarələrinin sahələrində ağaclar əkilib. Hesab edirəm ki, neftlə çirkənlənmiş bu sahələr təmizləndikdən sonra ağacların əkilməsi gələcəkdə bu ərazini yaşıl məkana çevirəcək. Qeyd edim ki, bu il təxminən 4 ha neftlə çirklənmiş ərazinin təmizlənməsi nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi