Yuxarı

SOCAR əməkdaşları 5 900 ağac əkib

​SOCAR-ın idarə və müəssisələrində yaz iməcilikləri davam edir

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq 2016-ci ilin yaz mövsümü iməcilikləri davam edir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın Qaz İxrac İdarəsinin 1 300 nəfərdən çox əməkdaşı istehsalat sahələrində səliqə-səhman, təmizlik, abadlıq işlərini yerinə yetirib, 5 000-ə qədər ağac əkib, yaşıllığa aqrotexniki qulluq göstəriblər. İdarənin ərazisi alaq otlarından təmizlənib, ağacların dibi bellənərək yumşaldılıb.

"Ekologiya İdarəsi həm yaşıllaşdırma işləri üçün ağac-kol tədarükü, həm də bioremediasiya işləri həyata keçirilmiş ərazilərdə ağac əkilməsi işlərinə fəal surətdə qoşulub. İdarənin 60 nəfər əməkdaşının iştirakı ilə ekoparkda növbəti iməcilik keçirilib. İməclik zamanı 500 ədəd zeytun ağacı əkilib. Əkilmiş ağacların dibləri konusvari bellənib, suvarma işləri aparılıb, sahələr alaq otlarından təmizlənib", - deyə məlumatda qeyd olunub

Bildirilib ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda da növbəti iməcilik keçirilib: "Zavod rəhbərliyi və 60 nəfərdən çox işçinin fəal iştirak etdiyi iməcilikdə 200 ədəd Eldar şamı, 200 ədəd həmişəyaşıl sərv ağacı əkilib. Həmin gün zavodun yaşıllıq zonasındakı 10 000 ağaca aqrotexniki qaydada qulluq edilib, dibləri bellənərək gövdəsi əhəng məhlulu ilə ağardılıb". Qeyd edək ki, hazırda zavod ərazisində 92 mindən artıq ağac və gül kolu var.

"SOCAR-ın idarə və müəssisələrinin kollektivi yazın gəlişi ilə bağlı şənbə iməciliklərini mövsümün sonunadək davam etdirəcək", - deyə şirkətdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi