Siyəzəndə və Mingəçevir su anbarında qanunsuz ov edən şəxslər cəzalandırılıb

Siyəzəndə və Mingəçevir su anbarında qanunsuz ov edən şəxslər cəzalandırılıb Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya
119
15 Noyabr , 2022 09:52
Siyəzəndə və Mingəçevir su anbarında qanunsuz ov edən şəxslər cəzalandırılıb

Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Tural Mustafayev, Siyəzən rayon sakinləri Qiyas İslamov və Valeh Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 200 metr uzunluğunda sintetik tor götürülüb.

Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Elməddin Axundov və Abşeron rayon sakini Amid Nağıyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi