Şirvan Milli Parkı ərazisindəki Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb - FOTO

Şirvan Milli Parkı ərazisindəki Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb - FOTO Qırx min zəli isə müvəqqəti saxlanılması üçün Şirvan nərə balıqartırma zavoduna verilib
Ekologiya
16 Mart , 2017 07:33
Şirvan Milli Parkı ərazisindəki Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb - FOTO

Salyan. 16 mart. REPORT.AZ/ Azərbaycanın sərhəd-keçid məntəqəsində müsadirə edilən zəlilər Qızılqaz gölünə buraxılıb.

“Report”un Aran bürosu xəbər verir ki, zəlilərin gölə buraxılması prosesi axşam saatlarında baş tutub.

Aidiyyəti qurumların iştirakı ilə Mingəçevir şəhərindən götürülən zəlilər Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkına gətirilib. Hazırlıq prosesi başa çatdıqdan sonra KİV, ekoloji QHT və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 29 min ədəd zəli Qızılqaz gölünə buraxılıb. Qırx min ədəd zəli isə müvəqqəti saxlanılması üçün Şirvan nərə balıqartırma zavoduna verilib.

Bu ilin yanvar və fevral aylarında qaçaqmalçılıq yolu ilə ölkədən qanunsuz yolla 70 minə yaxın zəli çıxarılarkən gömrükdə qarşısı alınıb və müsadirə edilib. Müsadirə olunan zəlilər təbiətə buraxılanadək Zoologiya İnstitutu tərəfindən Mingəçevirdəki sututarlarda saxlanılıb.

Son xəbərlər

Orphus sistemi