Şirkət nümayəndəsi yaşıllıq sahə ilə bağlı iddialara münasibət bildirib

Şirkət nümayəndəsi yaşıllıq sahə ilə bağlı iddialara münasibət bildirib "Etibar İnşaat- K" MMC-nin nümayəndəsi Şahin Məmmədov Bakının Yasamal rayonunda çoxmərtəbəli binanın ərazisində olan yaşıllıq sahəsinin məhvi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Ekologiya
20 May , 2022 16:49
Şirkət nümayəndəsi yaşıllıq sahə ilə bağlı iddialara münasibət bildirib

"Etibar İnşaat- K" MMC-nin nümayəndəsi Şahin Məmmədov Bakının Yasamal rayonunda çoxmərtəbəli binanın ərazisində olan yaşıllıq sahəsinin məhvi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

"Report" xəbər verir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyində çoxmərtəbəli binaların inşası üçün təqdim olunan layihələrə rəy verilməsi ilə bağlı keçirilən ictimai dinləmədə tikinti işləri aparılan ərazidə qəzalı vəziyyətdə olan evlərin olduğunu bildirib.

Onun sözlərinə görə, şirkətlərinin bu günə qədər gördüyü tikinti işləri ilə bağlı nə Tikinti Məcəlləsinin tələblərində, nə də digər qanunvericiliklə bağlı problem yaşanmayıb:

"Qeyd olunan ünvanda inşa edilən binanın tikintisi ilə bağlı ağacların köçürülməsi üçün müvafiq icazə sənədi alınıb və rəy də verilib. Agentliyin rəisi Mirsalam Qəmbərov da həmin ərazidə olub. Hər bir ağac təhlil olunub. Ağaclar 70-80 ilin bioloji inkişafdan qalan ağacı olub.

Hətta bütün ödənişlər edilib. Tikintiyə də başlanılıb. Həmin ərazidə olan 6 nəfər sakin, xüsusilə də biri qərəzli şəkildə şirkətə ciddi təzyiq göstərib ağlasığmaz iddialar irəli sürüb".

Son xəbərlər

Orphus sistemi