Şənbə və bazar günləri müşahidə olunacaq hava proqnozu açıqlanıb

Şənbə və bazar günləri müşahidə olunacaq hava proqnozu açıqlanıb Gülşad Məmmədova: "Növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir"
Ekologiya
7 İyul , 2017 11:48
Şənbə və bazar günləri müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ "Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyul ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: "İyul ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə, arasında dəyişəcək".

G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arası dəyişəcək".

Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.

Son xəbərlər

Orphus sistemi