Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq
Ekologiya
29 Sentyabr , 2017 12:33
Şənbə gününün hava proqnozu açıqlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi