Şənbə günü havanın temperaturu 28 dərəcəyədək artacaq

Şənbə günü havanın temperaturu 28 dərəcəyədək artacaq Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq.
Ekologiya
1753
13 May , 2022 12:37
Şənbə günü havanın temperaturu 28 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında mayın 14-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Son xəbərlər

Orphus sistemi