Yuxarı
    Bağlamaq

    Şənbə gününün hava proqnozu açıqlanıb

    Dinlə

    Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanda sabaha gözlənilən hava prqonozu açıqlanıb.  

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 756 civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mayın 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə,  mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bir qədər rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi