Yuxarı

Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlandı

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi