Şənbə günü Bakıda 20 dərəcə isti olacaq, rayonlarda yağış yağacaq

Şənbə günü Bakıda 20 dərəcə isti olacaq, rayonlarda yağış yağacaq Hava meteohəssas insanlar üçün əlverişli olacaq
Ekologiya
8 Aprel , 2016 11:25
Şənbə günü Bakıda 20 dərəcə isti olacaq, rayonlarda yağış yağacaq

Bakı. 8 aprel. REPORT.AZ/ Həftənin şənbə günü, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Axşam isə ayrı-ayrı qərb rayonlarında qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 9-11-də Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi