Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır, əhali işlə təmin edilir - FOTO - VİDEO

Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır, əhali işlə təmin edilir - FOTO - VİDEO Şəki rayonunun Cunud, Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndləri yaxınlığındakı meşə fondu torpaqlarının bir neçə yüz hektarı şumlanır və orada intensiv fındıq bağları salınır. Həmin ərazilərdə bu işləri həyata keçirən şirkətlərdən biri
Ekologiya
20 Noyabr , 2019 20:21
Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır, əhali işlə təmin edilir - FOTO - VİDEO

Şəki rayonunun Cunud, Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndləri yaxınlığındakı meşə fondu torpaqlarının bir neçə yüz hektarı şumlanır və orada intensiv fındıq bağları salınır. Həmin ərazilərdə bu işləri həyata keçirən şirkətlərdən biri də “AQA Şirkətlər Qrupu" MMC-nin şimal-qərb bölgəsindəki təmsilçisi “Monte Ferro" MMC-dir.

Şirkətin məsul işçisi Yunus Əfəndiyev “Report”a bildirib ki, bu günə qədər istifadə olunmayan əkinə və bağçılığa yararsız sayılan, təqribən, 1500 hektar ərazidə 420 min yeni fındıq ağacları əkilib: “Ərazi şirkətimiz tərəfindən 49 illik müddətə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülüb. Ərazidə heç bir ağac kəsilmədən kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib. Ərazi İsraildən gətirilmiş müasir damcılı suvarma sistemi ilə təmin olunacaq. Hazırda ərazidə 4 ədəd subartezian, 1 ədəd 10 min kubluq su quyusu və elektrik təminatı ilə təchizatı var. Bağsalma işlərinə il ərzində 30 nəfərə yaxın kənd əhalisi cəlb olunub. Görülən işlər üçün Sahibkarlığa Kömək Milli Fondundan aldığımız kreditdən yararlanmışıq”.

Kolluq və daşlıq ərazinin təmizlənməsi və fındıq ağaclarının əkilməsi işini görən Fuad Məmmədov illərdir işsiz olduğunu bildirib: “Artıq işimiz var. Ərazini kolluq və daşlıqdan təmizlədik. Bütün işlər bizim əməyimizdir. Ümid edirəm ki, ağaclar öz bəhrəsini verəcək. Bundan sonra da ağaclara qulluğu biz edəcəyik”.

Qeyd edək ki, əvvəllər həmin ərazilərdə meşə fonduna daxil olan torpaqlar istifadəyə tamamilə yararsız olub.

Xatırladaq ki, Prezident İlham Əliyev də keçirdiyi müşavirədə fındıqçılığın inkişaf etdirilməli olduğunu bildirmişdi və bununla bağlı tapşırıqlarını vermişdi.

Son xəbərlər

Orphus sistemi