Yuxarı

Səbaildə ilk dəfə püstə bağı salınır

Səbaildə ilk dəfə püstə bağı salınır

1484

Burada tinglərin damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib

Bakı. 8 dekabr. REPORT.AZ/ İlk dəfə olaraq Səbail rayonunun “Şıx” yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan “Ekoloji park”ın ərazisində əkilən şam ağacları ilə yanaşı, ilkin olaraq 1 hektar sahədə Səbail Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə püstə bağı salınması qərara alınıb.

Bu barədə "Report"a Səbail Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsindən məlumat verilib.

Yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib. Ağacların inkişaf prossesı normal olduqdan sonra isə bu ərazıdə yaradılan Abşeronda ilk püstə bağı daha da genişləndiriləcək.

“Şıx” yamacında aparılan işlərlə yanaşı rayonun digər ərazilərində də genişmiqyaslı abadlıq işləri də davam edir. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək torpaqların dövlətə qaytarılması işləri həyata keçirilir. Burada zəbt olunan torpaq sahələrinin hasarları sökülərək 6 ha ərazi daş və digər tullantılardan təmizlənib.

Ölkə başçısı İlham Əliyevin Bibiheybət qəsəbəsinin "Şıx" yamacında, eləcə də Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək böyük bir bağın salınması prosesinə başlanıb. 

Rayon İcra Hakimiyyəti tərəfindən ağacların əkilməsi və onlara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi