Yuxarı

Salyanda ağac kəsən şəxs cərimələnib

​Salyanda ağac kəsən şəxs cərimələndi
Dinlə

59

Üç saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub. 

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi