Salyanda 100 yaşlı ağac aşıb 

Salyanda 100 yaşlı ağac aşıb  Salyan rayonunda bir əsrlik ağac aşıb
Ekologiya
1 Mart , 2021 11:14
Salyanda 100 yaşlı ağac aşıb 

Salyan rayonunda bir əsrlik ağac aşıb.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında şəhərin mərkəzində uzunluğu 15 metrdən çox, diametri 80 santimetrə çatan Keçibuynuzu ağacı kökündən qopub. Ağac yaxınlıqdakı keçmiş AG bank binasının üstünə aşıb. Binanın dam örtüyü zədələninb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda bank binasının üzərinə yıxılmış ağacın ərazidən götürülməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, el arasında “bal ağacı” adlanan Keçibuynuzu ağacı qurunt sularının qarşısını almaq məqsədi ilə ötən əsrin əvvəlində Amerikanın Kaliforniya ştatından Salyana gətirilərək şəhərin küçələrində əkilib.

Son xəbərlər

Orphus sistemi