Şabranda yük avtomobilindən qanunsuz yolla kəsilən meşə materialı aşkarlanıb

Şabranda yük avtomobilindən qanunsuz yolla kəsilən meşə materialı aşkarlanıb Bakı. 27 iyul. REPORT.AZ/ Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.
Ekologiya
27 İyul , 2018 09:13
Şabranda yük avtomobilindən qanunsuz yolla kəsilən meşə materialı aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şabran rayonunun Dənizkənarı meşəbəyliyinin 8 saylı dolayında “Zil-131” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 4,5 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi