Sabirabadda ağacları kəsən cəzalandırıldı

Sabirabadda ağacları kəsən cəzalandırıldı Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət araşdırılıb.
Ekologiya
268
11 Aprel , 2020 16:19
Sabirabadda ağacları kəsən cəzalandırıldı

Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət araşdırılıb.

ETSN-dən "Report"a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonu, Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və kolların kəsildiyi, təbiətə 2 640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad Rayon Prokurorluğuna göndərilib. 

Son xəbərlər

Orphus sistemi