Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Ekologiya
23 mart 2023 08:22
Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Son xəbərlər

Orphus sistemi