Dekabrın 1-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.