Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək

Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək Bakıda 12 dərəcə isti olacaq
Ekologiya
1 Noyabr , 2015 12:25
Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 10-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi