Sabahdan havanın temperaturu aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabahdan havanın temperaturu aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ Bakı. 12 iyul. REPORT.AZ/ Sabahdan havanın temperaturu aşağı enəcək.
Ekologiya
12 İyul , 2018 12:54
Sabahdan havanın temperaturu aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Report/FIri Salim

Bakı. 12 iyul. REPORT.AZ/ Sabahdan havanın temperaturu aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Son xəbərlər

Orphus sistemi