Sabahdan Azərbaycanda havalar soyuyur, qar yağacaq

Sabahdan Azərbaycanda havalar soyuyur, qar yağacaq Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
3 Fevral , 2015 12:29
Sabahdan Azərbaycanda havalar soyuyur, qar yağacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 4-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal küləyinin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin gecə və səhər duman çiskin, axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 4-də və 5-də davam edəcək.

Tibbi meteroloji proqnoza gəlincə, fevralın 4-ü səhərdən 5-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 5-də gündüz və 6-da meteroloji amillərin müləyim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi