Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacaq
Ekologiya
284
16 Aprel , 2015 13:02
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 17-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 14-18 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi