Yuxarı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakıda gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 31-də Bakıda 40 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi