Yuxarı

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

255

Bakıda gündüz 7-9 dərəcə isti olacağı gözlənilir

Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi