Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Bakıda gündüz 9-11 dərəcə isti olacağı gözlənilir
Ekologiya
25 oktyabr 2016 09:20
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12 dərəcə isti olacağı gözlənilir.

Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi