Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

    Sulu qar, qar yağacaq, yolların buz bağlama ehtimalı var
    Bakı. 5 dekabr. REPORT.AZ/ Sabah, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. 

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir. 

    Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2dərəcəyədək isti olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Ölkə ərazisində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi