Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
Ekologiya
2 Yanvar , 2017 11:50
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Yanvarın 3-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülyim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi