Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Azərbaycanın rayonlarında 17 dərəcə isti olacaq
Ekologiya
26 Noyabr , 2015 12:05
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi