Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq
Ekologiya
24 Sentyabr , 2016 12:35
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın digər rayonlarında gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18°, gündüz 20-23° isti, Bakıda gecə 16-18°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 20-25°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi