Yuxarı

Sabaha olan hava proqnozu açıqlanıb

Havanın temperaturu gündüz 13-18 dərəcə isti olacaq

Bakı. 6 may. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi