Mayın 2-dən 5-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 2-dən 5-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Sabah havanın temperaturu 29 dərəcəyədək artacaq
Ekologiya
213
1 May , 2017 12:57
Mayın 2-dən 5-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bakı. 1 may. REPORT.AZ/ Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25 dərəcə, yarımadanın bəzi yerlərində 28 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, mayın 2-si axşam qərb rayonlarından başlayaraq 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi