Yuxarı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Havanın temperaturunun gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 25-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, səhər və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcədən 8 dərəcəyə qədər isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi