Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək
Ekologiya
6 Noyabr , 2016 12:12
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah yarımada ərazisində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Bölgələrə gəldikdə isə, əksər rayonlarda havanın, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi