Yuxarı
    Bağlamaq

    Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ - ƏLAVƏ OLUNUB

    Rayonlarda gündüz 28-33 dərəcə isti olacaq

    Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

    ETSN xəbərdarlıq edir ki, iyunun 8-də bəzi rayonlarda hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi