Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Bakıda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
4 Mart , 2016 12:36
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 4 mart. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza görə, martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Mart ayının 6-da hava şəraitinin təzadlı dəyişməsi güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi