Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrdə qar, yağış yağacaq

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrdə qar, yağış yağacaq Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 7-də Bakıda və
Ekologiya
6 Dekabr , 2020 12:28
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrdə qar, yağış yağacaq

Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8, Bakıda gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 7-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Son xəbərlər

Orphus sistemi