Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Rayonlarda 14 dərəcə isti olacaq
Ekologiya
15 Fevral , 2016 12:05
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcəyədək isti olacaq.

Son xəbərlər

Orphus sistemi