Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Gün ərzində hava əsasən yağmursuz keçəcək
Ekologiya
13 Fevral , 2015 12:41
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyə qədər isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi