Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
18582
24 Mart , 2022 11:43
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında martın 25-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Son xəbərlər

Orphus sistemi