Sabah Bakıda hava yağmursuz olacaq, temperatur 12 dərəcəyə çatacaq

Sabah Bakıda hava yağmursuz olacaq, temperatur 12 dərəcəyə çatacaq Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
5 Mart , 2015 12:26
Sabah Bakıda hava yağmursuz olacaq, temperatur 12 dərəcəyə çatacaq

Bakı. 5 mart. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Martın 6-da Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi