Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanın şərq rayonlarında yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək

    Bakı. 17 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 18-də yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 8-12 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında yağış yağacağı ehtimalı var, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi