Sabah yağış yağacaq

Sabah yağış yağacaq Bakıda gündüz 30-32 dərəcə isti olacaq
Ekologiya
7 Avqust , 2015 12:56
Sabah yağış yağacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Sabah - avqustun 8-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi