​Sabah Azərbaycanda 42 dərəcə isti olacaq

​Sabah Azərbaycanda 42 dərəcə isti olacaq Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir
Ekologiya
7 Avqust , 2016 12:32
​Sabah Azərbaycanda 42 dərəcə isti olacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq, şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, havanın temperaturu gecə 22-25° isti, gündüz 34-38° isti olacağı gözlənilir.

Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi