Sabah paytaxtda yağış yağacaq

Sabah paytaxtda yağış yağacaq Dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq
Ekologiya
10 Dekabr , 2014 12:39
Sabah paytaxtda yağış yağacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Sabaha - dekabrın 11-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə dekabrın 10-da gecə bəzi qərb rayonlarında, dekabrın 11-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilindən yüksək 765 mm civə sütunu , nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi