Sabah paytaxt Bakıda hava yağmursuz olacaq

Sabah paytaxt Bakıda hava yağmursuz olacaq Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
23 Mart , 2016 12:06
Sabah paytaxt Bakıda hava yağmursuz olacaq

Bakı. 23 mart. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında martın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi