​Sabah ölkə ərazisində havanın temperaturu 34°-dək isti olacaq

​Sabah ölkə ərazisində havanın temperaturu 34°-dək isti olacaq Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 29°-dək isti olacağı gözlənilir
Ekologiya
14 Avqust , 2016 12:32
​Sabah ölkə ərazisində havanın temperaturu 34°-dək isti olacaq

Bakı. 14 avqust. REPORT.AZ/ Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-34° isti olacaq.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi