Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb Oktyabrın 30-da havanın temperaturu 26 dərəcəyə çatacaq
Ekologiya
29 Oktyabr , 2017 12:43
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi