Yuxarı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakıda gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq

Bakı. 18 mart. REPORT.AZ/ Martın 19-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz, bəzi dağlıq və dağətəyi ərazilərdə çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi