Yuxarı
    Bağlamaq

    Sabah havanın temperaturu yüksələcək

    Hava proqnozu açıqlanıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvarın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi